8 Noyabr prospektində qəza: ölən var
    • Bu gün, 10:01
    • 83

8 Noyabr prospektində qəza: ölən var

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

News24.az xəbər verir ki, Xətai rayonu, 8 Noyabr prospektində Zamiq Abbasov idarə etdiyi "Toyota" markalı avtomobillə piyada Sahib Məmmədovu vurub.

Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.