-
- 18-06-2019, 12:12
- 1 254
Misirin sabiq prezidenti səssizcə dəfn edildi
Misirin demokratik yolla seçilən ilk prezidenti Məhəmməd Mursinin cənazəsi Qahirədə xüsusi təhlükəsizlik tədbirləri altında yerli vaxtla saat 05:00-da dəfn edilib.
News24.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Mursinin cənazəsi Qahirənin şərqindəki Medinet Nasr səmtindəki Müsəlman Qardaşları mürşüdlərinin dəfn olunduğu qəbristanlıqda torpağa tapşırılıb.
Misir vaxtı ilə 05:00-da baş tutan dəfnə Mursinin ailəsi və vəkillərindən başqa heç kim qatılmayıb.
Qeyd edək ki, hərbi çevrilişlə devrilən 67 yaşlı Məhəmməd Mursi məhkəmədə “casusluq” da ittihamı olunurdu. Sabiq prezident dünən məhkəmə salonunda vəfat edib.
Məhəmməd Mursi 2012-ci ildə demokratik yolla seçilən Misirin ilk prezidenti idi. O, 2013-cü ilin avqustun 3-də hərbçilər tərəfindən devrilib.