Daha bir idmançı müharibədə öldü
    • Bu gün, 12:51
    • 73

Daha bir idmançı müharibədə öldü

MMA üzrə Ukrayna çempion Nazari Qavriltsa müharibədə ölüb.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının Gənclər və İdman Komitəsi məlumat yayıb.

“Nazari Rusiya Federasiyasının Kursk vilayətində xüsusi missiyanı yerinə yetirərkən həlak olub ”, - məlumatda deyilir. İdmançının sentyabrın 12-də öldüyü bildirilir.

İvano-Frankovsk vilayətindən olan Qavriletsin 21 yaşı var idi. O müharibə başlayandan sonra Ukrayna Silahlı Qüvvələrinin sıralarına daxil olmuşdu.