Daha bir idmançı müharibədə öldü
    • 9-07-2024, 08:30
    • 257

Daha bir idmançı müharibədə öldü


Məşhur ukraynalı trekçi Andrey Kutsenko Rusiya ilə müharibədə həlak olub.

News24.az Publika.az-a istinadla xəbər verir ki, Kutsenkonun 34 yaşı var idi. Rusiyanın genişmiqyaslı işğalı başlayanda o, İtaliyada yaşayırdı, lakin Ukraynaya qayıdıb və 47-ci briqadanın tərkibində Ukrayna Silahlı Qüvvələrində xidmət edib.

Kutsenko trek velosipedi üzrə dəfələrlə Ukrayna çempionudur. 1 km raundda və komanda sprintində Ukrayna rekordçusudr. O, Avropa və dünya çempionatlarında Ukrayna millisinin rənglərini qoruyub.