Ağ Ev: Yaxın Şərqdə müharibə görmək istəmirik
    • 27-09-2024, 16:58
    • 157

Ağ Ev: Yaxın Şərqdə müharibə görmək istəmirik

Birləşmiş Ştatlar Livan üçün atəşkəsə çağırıb.

News24.az xəbər verir ki, Ağ Evin sözçüsü Karine Jean-Pierre gündəlik mətbuat brifinqində İsrail-Livan sərhədindəki gərginliklə bağlı qiymətləndirmələr edib.

Jean-Pierre regionda onsuz da yüksək olan gərginliyin daha da artmasını istəmədiklərini və bu səbəbdən Nyu Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası zamanı bu mövzuda intensiv diplomatiya apardıqlarını bildirib.

ABŞ sözçüsü vurğulayıb ki, bu səylər nəticəsində həm G7 ölkələrinin, həm də bəzi ərəb ölkələrinin dəstəyi ilə İsrail-Livan sərhədində 21 günlük fövqəladə müvəqqəti atəşkəs elan edilməsinə çağırıb və bir daha bütün tərəflərə müraciət ediblər.

Jean-Pierre, "Biz hərtərəfli müharibənin (bölgədəki gərginliyə) cavab olduğunu düşünmürük, bu mövzuda aydınıq. Müvəqqəti atəşkəs üçün əlimizdən gələni edirik ki, yarada bilək. Sözügedən ortaq bəyanat israillilərlə razılaşdırılıb”.

ABŞ rəsmilərinin Nyu-Yorkda bu mövzuda təmaslarını hələ də davam etdirdiyini bildirən Ağ Ev sözçüsü, İsrailin atəşkəslə bağlı mənfi bəyanatı ilə bağlı heç bir şərh verməyəcəyini bildirib.

Günel Məlikzadə