-
- 17-05-2024, 09:37
- 223
"Qəzzaya çatdırılan humanitar yardım yetərli deyil"
Ağ Evin sözçüsü Jean-Pierre gündəlik mətbuat brifinqində Qəzza və Rəfahdakı son vəziyyətlə bağlı hadisələri dəyərləndirib.
News24.az xəbər verir ki, Qəzzaya qurudan daxil olan humanitar yardımların Co Bayden rəhbərliyinin səyləri ilə müəyyən qədər artdığını müdafiə edən Jean-Pierre, "Biz Qəzzaya daha çox humanitar yardım gətirməliyik, çünki orada vəziyyətin nə qədər təcili olduğunu bilirik" deyib.
ABŞ sözçüsü Qəzzaya təkcə humanitar yardım deyil, xəstəxanalarda istifadə olunacaq yanacağın da gətirilməsi üçün İsrail hökuməti ilə davamlı danışıqlar apardıqlarını və bu istiqamətdə səylərini davam etdirəcəklərini bildirib.
ABŞ-ın Qəzza sahillərində inşa etdiyi müvəqqəti limanın tamamlandığını və yaxın günlərdə istifadəyə veriləcəyini vurğulayan Jan-Pier, “Müvəqqəti liman tikildi, bu çox vacibdir. Tezliklə fəaliyyətə başlayacaq. Bundan əlavə, önümüzdəki günlərdə Qəzzaya daha çox humanitar yardım gətirə biləcəyimizə əminik" deyib.
İsrailin Qəzzanı yenidən işğal etməsini dəstəkləmədiklərini iddia edən Jean-Pierre, bölgədə Həmas rəhbərliyini istəmədiklərini qeyd edib.
ABŞ sözçüsü İsrailin baş naziri Benyamin Netanyahunun atəşkəs və “öz siyasi maraqları və gələcəyi” üçün humanitar yardımla bağlı ləngliyi ilə bağlı suala dəqiq cavab verməkdən yayınsa da, o, sadəcə olaraq Bayden administrasiyasının səylərinə toxunub.
Günel Məlikzadə