Bayden Ukrayna Sülh Sammitində iştirak etməyəcək
    • 4-06-2024, 12:13
    • 346

Bayden Ukrayna Sülh Sammitində iştirak etməyəcək

Ağ Evin mətbuat katibi Karine Jean-Pierre ABŞ prezidenti Co Baydenin 15-16 iyunda İsveçrədə keçiriləcək Ukrayna Sülh Sammitində iştirak etməyəcəyini açıqlayıb.

News24.az xəbər verir ki, Sammitdə ABŞ-ın vitse-prezidenti Kamala Harris və ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın iştirak edəcəyini bildirən Jan-Pier, "Biz əvvəllər keçirilən bütün sülh sammitlərində iştirak etmişik. Ukrayna prezidenti Vladimir Zelenskinin Ukraynada daimi sülhün təmin edilməsi ilə bağlı təkliflərini də dəstəkləyirik".

Jean-Pierre, "Ukrayna Baydenin prezidentliyi dövründə ABŞ-dan güclü dostluq və dəstək almağa davam edəcək" deyib.

Jean-Pierre, Baydenin niyə İsveçrəyə getmək əvəzinə Kaliforniyada olacağı sualına "Ukraynaya Bayden qədər güclü dəstək verən olmayıb" cavabını verib.

Ukrayna prezidenti Vladimir Zelenski liderləri sülh sammitində iştirak etməyə çağırıb və deyib ki, Baydenin iştirak etməməsi Rusiya prezidenti Vladimir Putin üçün “şəxsi alqış” demək olacaq.

Günel Məlikzadə