“Tarixin canlı səhifələri” adlı Vll Gənclər festivalı keçiriləcək
    • 18-06-2019, 13:17
    • 1 065

“Tarixin canlı səhifələri” adlı Vll Gənclər festivalı keçiriləcək

“Tarixin canlı səhifələri” bu dəfə Tomris Xatun və Şəməsddin Eldənizə həsr edilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, iyunun 19-u saat 20.30-da Bakı şəhəri, Pirallahı rayonunda (Pirallahı Sənaye Parkında şpris zavodunun arxası) Gənclər və İdman Nazirliyi tərəfindən, Daxili İşlər Nazirliyi Daxili Qoşunlar, Dövlət Sərhəd Xidməti, Pirallahı rayon icra hakimiyyəti, AMEA Tarix İnstitutu ilə birgə “Tarixin canlı səhifələri” adlı Vll Gənclər festivalı keçiriləcək.

Tarixi rekonstruksiya formatında keçiriləcək Festivalın məqsədi gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək və xalqımızın tarixini onlara əyani olaraq çatdırmaqdır.
Vll Gənclər Festivalı Azərbaycanın ilk qadın hökmdarı Tomris Xatuna və  Azərbaycan Atabəylər dövlətinin və Eldənizlər sülaləsinin yaradıcısı Şəməsddin Eldənizə həsr edilib.

Tarixi faktlar əsasında hazırlanmış tamaşa peşəkar aktyor və tələbələr tərəfindən nümayiş olunacaq.
Tamaşanın elmi məsləhətçisi AMEA-nın Tarix İnstitutunun direktoru, əməkdar elm xadimi Yaqub Mahmudovdur.

Qeyd edək ki, “Tarixin canlı səhifələri” adlı festival 2014-cü ildən etibarən Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilir.
Tədbirdə nazir Azad Rəhimov, PA rəsmiləri, dövlət rəsmiləri və MM-in üzvləri oacaq.