"Yaşayan tarix"də bu dəfə veteranlar danışdı - VİDEO
    • 9-05-2020, 11:10
    • 866

"Yaşayan tarix"də bu dəfə veteranlar danışdı - VİDEO

“Yaşayan tarix” adlı layihə 2011-ci ildən etibarən Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən birgə  həyata keçirilir.

News24.az xəbər verir ki, bu müddət ərzində Respublika üzrə  Böyük Vətən Müharibəsinin 435 nəfər veteranından müsahibə alınaraq, onlar  haqqında qısametrajlı videoçarxlar çəkilib.  2012-ci ildən başlayaraq Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Yaşayan Tarix” layihəsi çərçivəsində veteranların müsahibələrindən ibarət DVD disklərin I, II, III, IV, V və VI hissələri buraxılmış və onların iştirakı ilə geniş təqdimat mərasimləri keçirilib. Müsahibələr tələbələr tərəfindən alınmış, çəkiliş isə peşəkar yaradıcı heyət tərəfindən həyata keçirilib.

 Layihənin əsas məqsədi gənclərimizi Böyük Vətən Müharibəsinin canlı şahidi olan veteranların taleyi ilə yaxından tanış etmək, gənclərdə vətənpərvərlik ruhunu artırmaq,  Azərbaycan xalqının bu müharibədə qələbənin əldə edilməsində göstərdiyi əvəzsiz xidmətləri, xüsusi ilə, Bakı neftinin mühüm rolunu bir daha gündəmə gətirməkdir.

9 may 2020-ci il tarixdə sosial şəbəkələr üzərindən “Yaşayan tarix” adlı layihəyə start verilərək veteranlarımızın müsahibələri təqdim edilir.