Tramp Zelenski ilə görüşdü
    • Bu gün, 18:52
    • 68

Tramp Zelenski ilə görüşdü

ABŞ-nin sabiq prezidenti, Respublikaçılar Partiyasından namizəd Donald Tramp Nyu-Yorkda Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb.

News24.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

Zelenski Trampa görüş üçün təşəkkür edib, onların son şəxsi görüşündən 5 il keçdiyini qeyd edib.

Tramp görüşdə deyib ki, seçkidə qalib gəlsə, Ukraynadakı münaqişəni hətta andiçmə mərasimindən əvvəl həll edəcək.

“Bizim Zelenski ilə yaxşı münasibətlərimiz var və mənim Vladimir Putinlə də yaxşı münasibətlərim var", - o qeyd edib.