Putinlə yaxşı münasibətlərim var — Tramp
    • 20-06-2023, 15:47
    • 216

Putinlə yaxşı münasibətlərim var — Tramp

“Vladimir Putinlə uzun müddət danışmasam da, onunla yaxşı və möhkəm münasibətim var”.

News24.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində deyib.

“Mənim Putinlə çox yaxşı münasibətlərim var. Demək istədiyim odur ki, mən onunla çoxdandır danışmıram, amma Putinlə çox güclü münasibətim var”, - Tramp bildirib.

Trampın fikrincə, o, ABŞ prezidentliyində qalsaydı, Putin Ukraynada xüsusi əməliyyat keçirməzdi. Bundan əlavə, ABŞ-ın eks-prezidenti iddia edir ki, o, Rusiya Prezidenti ilə söhbətində Ukraynada hərbi əməliyyat keçirmək qərarına gələrsə, bunun “ciddi nəticələr” olacağını və bunun “fəlakətə” çevriləcəyini bildirib.

Akqabay