Zelenski: Tramp seçilərsə, onunla işləmək çətin olacaq
    • Bu gün, 09:24
    • 90

Zelenski: Tramp seçilərsə, onunla işləmək çətin olacaq

Ukrayna prezidenti Vladimir Zelenski BBC-yə eksklüziv müsahibəsində deyib ki, Respublikaçı namizəd Donald Tramp yenidən prezident seçilərsə, ABŞ-da onunla işləmək “çətin iş olacaq”.

News24.az xəbər verir ki, Zelenski “Lakin biz də çətin işlərin öhdəsindən gəlirik” deyib və hər vəziyyətdə ABŞ ilə əməkdaşlıq etməli olduqlarını vurğulayıb.

İngiltərənin paytaxtı Londonda keçirilən şəxsi müsahibəsində Zelenski ABŞ-da vəzifəyə gələn hər kəslə birlikdə işləmək niyyətində olduğunu bildirib.

Qeyd edək ki, Trump-ın bu həftə vitse-prezidentliyə namizədi kimi elan etdiyi Ohayo senatoru JD Vance keçmişdə dediyi, “Ukraynada nə baş verdiyi məni maraqlandırmır” yenidən gündəmdədir.

Trampın prezident seçiləcəyi təqdirdə onun vitse-prezidenti olacaq Vansın münasibəti ABŞ-ın gələcəkdə Ukraynadakı tarazlıqlara necə yanaşacağı suallarını gündəmə gətirib.

Günel Məlikzadə