-
- 18-06-2019, 13:18
- 919
Azərbaycan Uşaqları Birliyinin sədri ilə bağlı Ali Məhkəməyə müraciət olunub
Dələduzluq və rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən Azərbaycan Uşaqları Birliyinin sədri Kəmalə Ağazadə barəsində olan hökmdən Ali Məhkəməyə müraciət olunub.
APA-nın məlumatına görə, kassasiya şikayəti Ali Məhkəmədə hakim Tahir Kazımovun icraatına verilib. Cinayət işinin baxışı yaxın günlərdə təyin olunacaq.
İttiham aktına əsasən, QHT sədri K.Ağazadə öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə edib, özgənin xeyli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirib, vətəndaşları rüşvət verməyə təhrik edib.
Onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Ağazadə 3500 manat məbləğində cərimələnib. /apa/