Sumqayıtda yol qəzası - ölən var
    • Bu gün, 10:47
    • 160

Sumqayıtda yol qəzası - ölən var

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində qeydə alınıb. “Ford Transit” markalı avtomobillə “Mercedes Atego” markalı yük avtomobili toqquşub. Nəticədə “Ford” da olan sərnişin Elşad Fərəcov ağır xəsarətlər alıb.

Yaralı xəstəxanaya çatdırılsa da, onum həyatını xilas etmək mümkün olmayıb.

Fakt araşdırılır./APA