Mikroavtobusla yük maşını toqquşdu, sərnişinlər yaralandı
    • 5-10-2019, 19:30
    • 798

Mikroavtobusla yük maşını toqquşdu, sərnişinlər yaralandı

Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində qeydə alınıb. 60-BV-922 dövlət qeydiyyat nişanlı "Ford" markalı sərnişin mikroavtobusu 99-SN-244 "Mercedes" markalı yük maşını ilə toqquşub.
Nəticədə mikroavtobusda olan sərnişinlərdən üçü müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlər yaralıların vəziyyətinin orta-ağır olduğunu bildirib. 
Faktla bağlı araşdırma aparılır.