Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib
    • 9-12-2023, 22:59
    • 187

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

News24.az "Report"a istinadla xəbər verir ki, hadisə şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb.

"Mercedes" markalı avtomobil "Volkswagen" markalı nəqliyyat vasitəsi ilə toqquşub. Qəza zamanı 2 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.