Boşanma zamanı 8 yaşdan yuxarı oğlan uşaqları analarından alınacaqlar
    • 28-09-2024, 17:25
    • 287

Boşanma zamanı 8 yaşdan yuxarı oğlan uşaqları analarından alınacaqlar

Rusiya Dövlət Dumasının deputatı Dmitri Kuznetsov Rusiyanın ailə qanunvericiliyinə dəyişikliklər etmək təşəbbüsü ilə çıxış edib. Parlamentarinin təklifinə görə, valideynlərin boşanması zamanı 8 yaşdan yuxarı oğlanlar atalarına verilməlidirlər.

Kuznetsov bu yeniliyi rus ənənələrinə uyğun adlandırıb və bildirib ki, əvvəllər oğlanlar sonrakı tərbiyə üçün atanın himayəsinə verilirdilər.

"Oğlanları kişilər tərbiyə etməlidirlər", - deyə deputat vurğulayıb.

Parlamentari əlavə edib ki, yenilik boşanma və aliment ödəməmə probleminin həllinə kömək edəcək./oxu.az