Hizbullah lideri Həsən Nəsrullah kimdir?
    • 20-09-2024, 13:40
    • 264

Hizbullah lideri Həsən Nəsrullah kimdir?

Həsən Nəsrullah dünya gündəmini yaxından izləyən şəxslərin sosial mediada maraqlandığı və araşdırdığı siyasi adlar arasındadır. İnsanlar Livandakı Hizbullah təşkilatının lideri Həsən Nəsrullahın həyatı və karyerası ilə bağlı məlumatları araşdırmağa başlayıb. 

Bəs, Həsən Nəsrullah kimdir?

Həsən Nəsrullah 30 avqust 1960-cı ildə Beyrutun şimal-şərqindəki Burc Hamudda anadan olub. O, Livandakı Hizbullah təşkilatının baş katibidir.

News24.az NTV-yə istinadən xəbər verir ki, Nəsrullah 1975-ci ildə Livanda vətəndaş müharibəsi zamanı ailəsinin doğulduğu şəhər olan ölkənin cənubundakı Əl Bazuriya kəndinə qaçıb. Orada Şiə Əməl Hərəkatına qoşulub.

İraqda şiə təhsili alıb. Daha sonra Livana qayıdıb və Əməl Hərəkatının lideri Abbas Musəvinin yaratdığı məktəbdə təhsil alıb.

1982-ci ildə İsrail Livanı işğal etdikdən sonra o, Hizbullah təşkilatına qoşulub və həyatını İsraili Livandan çıxarmaq məqsədinə həsr edib.

O, 1992-ci ildə Abbas Musəvinin İsrail tərəfindən öldürülməsindən sonra Hizbullahın baş katibi seçilib.

14 iyul 2006-cı ildə Livan müharibəsi zamanı Həsən Nəsrullahın bir neçə saat əvvəl ziyarət etdiyi ofis İsrail tərəfindən atılan bombalar nəticəsində dağıdılmışdı. Lakin Həsən Nəsrullah sağ-salamat qaça bilmişdi.

Günel Məlikzadə