Hücum “Həmas” tərəfindən planlaşdırılıb - “Hizbullah” lideri
    • 4-11-2023, 10:25
    • 261

Hücum “Həmas” tərəfindən planlaşdırılıb - “Hizbullah” lideri

“Hizbullah” lideri Həsən Nəsrullah tərəfdarlarına müraciət edib.

News24.az xəbər verir ki, o, müraciətində oktyabrın 7-də İsrailə hücumu “böyük, mübarək əməliyyat” adlandırıb.

Həsən Nəsrullahın sözlərinə görə, hücum tam olaraq “Həmas” tərəfindən planlaşdırılıb və həyata keçirilib.

Nəsrullahın sözlərinə görə, oktyabrın 7-də baş verən hücum İsraildə qalıcı təsirlər yaradıb, siyasi zəlzələyə səbəb olub və hücumlar İsrailin hərbi zəifliklərini üzə çıxarıb.

O həmçinin bildirib ki, ABŞ-ın Yaxın Şərqə hərbi donanma göndərməsi İsrailin zəifliklərinin və müttəfiqlərindən asılılığının təzahürüdür.

Hizbullah lideri bildirib ki, Qəzzanın qələbəsi Fələstinin, Qüdsün və bütün qonşu ölkələrin qələbəsi deməkdir.

Nəsrullahın sözlərinə görə, oktyabrın 8-dən “Hizbullah” İsrail-Livan sərhədində İsraillə misli görünməmiş döyüşdədir və Livan cəbhəsinin daha geniş döyüşə keçməsi ehtimalı realdır.

Nəsrullah Hizbullahın Livan sərhədindəki əməliyyatlarını İsrail üçün çəkindirici amil kimi göstərib və deyib ki, İsrail tərəfindən istənilən hərbi eskalasiya “tarixi axmaqlıq” olacaq.

Aynurə