-
- 28-09-2024, 13:38
- 329
“Hizbullah” liderinin ölümü İranı təşvişə saldı - Xamenei...
İranın ali dini lideri Ayətullah Əli Xamenei “Hizbullah” lideri Həsən Nəsrullahın ölümü ilə bağlı iddialar fonunda təhlükəsiz yerə aparılıb.
News24.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Xameneinin olduğu yerdə təhlükəsizlik tədbirləri gücləndirilib.
Agentliyin həmsöhbətləri iddia ediblər ki, İran Nəsrullahın ölümü ilə bağlı xəbərlərdən sonra gələcək addımlarla bağlı “Hizbullah” və regiondakı digər müttəfiqləri ilə əlaqə saxlayır.
Teymur Məmmədov