-
- 3-11-2023, 13:10
- 605
İsrail-Hizbullah savaşı başlayır? - ŞOK PROQNOZ
Hizbullah lideri Həsən Nəsrullah bu gün İsrail-HƏMAS müharibəsi ilə bağlı açıqlama verəcək.
Bəzi ekspertlərin fikrincə, Nəsrullahın açıqlamaları münaqişənin genişlənməsinə və onun gedişatına təsir edəcək.
News24.az xəbər verir ki, bu barədə “Yeniakit” məlumat yayıb.
Yaxın Şərq ölkəsi Nəsrullahın çıxışı səbəbindən narahatdır.
Narahatlığın səbəbi isə indiyə qədər olan xəbərdarlıqlar və təhdidlər çərçivəsində Hizbullahın İsrailə qarşı cəbhə aça biləcəyi ilə əlaqədardır.
Ekspertlər hesab edir ki, bu, Həsən Nəsrullahın İranın dini lideri Ayətullah Əli Xameneidən alacağı “icazə”dən asılıdır. Bəziləri isə Nəsrullahın edəcəyi çıxışla Livanın cənubundakı tərəfdarlarını daha şiddətli qarşıdurmaya hazırladığını düşünürlər.
Bölgə sakinləri və hərbi ekspertlər bildirirlər ki, Nəsrullah İsrailə qarşı hücumlarını intensivləşdirəcəyi yönündə açıqlama verərsə, bu, bütün regiona təsir edəcək. Yaxın Şərq masasının Livan üzrə eksperti Mohannad Hajj Əli bildirib ki, əgər İsrail Qəzza zolağında HƏMAS-ı məhv etmək məqsədinə çatarsa, o zaman Hizbullah onlar üçün real təhlükə olacaq
İranın dəstəklədiyi Hizbullah ilə İsrail arasında son həftələr sərhəddə toqquşmalar şiddətlənib. Bununla belə, hər iki tərəf genişmiqyaslı, hərtərəfli müharibəyə başlamayıb. Təşkilat indiyədək qarşıdurmalarda 47 döyüşçünü itirdiyini bildirsə də, İsrail tərəfi 6 əsgərinin həlak olduğunu açıqlayıb. Qarşıdurma zamanı ən azı 6 mülki şəxs də həyatını itirib.
Ayşən