Van Deyk “Liverpul”da qalmağa razılıq verdi
    • 28-09-2024, 22:29
    • 385

Van Deyk “Liverpul”da qalmağa razılıq verdi

“Liverpul” futbolçusu Vircil Van Deyklə müqaviləni uzatmağa qərar verib.

News24.az İdman.biz-ə xəbər verir ki, İngiltərə klubu 33 yaşlı mərkəz müdafiəçisini heyətdə saxlamaq istəyir.

Niderlandlı futbolçunun özü də anlaşmanın uzadılmasına razılıq verib. O, 2027-ci ilədək komandada qalmaq arzusundadır. Müdafiəçinin indiki müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.

Qeyd edək ki, Vircil 2018-ci ildən çıxış etdiyi “Liverpul”da 276 matçda 24 qol vurub.