Müğənninin çıxışını "Real"a görə ləğv etdilər
    • Dünən, 23:47
    • 86

Müğənninin çıxışını "Real"a görə ləğv etdilər

"Atletiko" meksikalı müğənni Danna Paolanın "Metropalitano" stadionundakı konsertini ləğv edib. 

News24.az QOL.az-a istinadla xəbər verir ki, buna səbəb isə müğənninin "Real"a sevgisini etiraf etməsi olub. 

Danna Paola La Liqanın 8-ci turunun sabah keçiriləcək "Atletiko" - "Real" matçının fasiləsində çıxış etməli idi. İspaniyada televiziya proqramlarından birində ona bu təklifi niyə qəbul etdiyi ilə bağlı sual verilib. Müğənni isə sualı belə cavablandırıb: "Çünki mən "Real"ı dəstəkləyirəm. Çox həyəcanlıyam, çünki ilk dəfədir ki, onları yaxından görəcəyəm".

Bundan əlavə, Paola "Real"ın 2:1 hesabı ilə qalib gələcəyini düşündüyünü deyib.

"Atletiko" isə bu açıqlamaya görə Danna Paolanın "Metropalitano" stadionunda çıxış etməsinə icazə verməyib.