​Arda “Real”ın ona verdiyi vədi açıqladı
    • 1-05-2024, 12:07
    • 285

​Arda “Real”ın ona verdiyi vədi açıqladı

Arda Güler "Real Madrid"ə transfer prosesindən danışıb.

News24.az Metbuat.az-a istinadla xəbər verir ki, türk futbolçu “Real”ın ona Luka Modriçin varisi olacağını deyib. “Real” Ardaya lahiyə vəd edib. "Mən tətildə olanda atam mənə zəng edib dedi: "Real" səni istəyir". Mən çox həyəcanlı idim. Bu mənim uşaqlıq arzum idi. Ona görə də seçimimə arxayın idim. “Real”dan “Fənərbaxça”ya 17,5 milyon avrodan bir qədər çox pul ödəməsini istədik. Onlar razılaşdılar”- Arda deyib.

Qeyd edək ki, Arda "Real"da 8 oyunda 2 qola imza atıb.