Qəzada ölən bloger ilə bağlı YENİ XƏBƏR
    • 28-09-2024, 14:09
    • 191

Qəzada ölən bloger ilə bağlı YENİ XƏBƏR


Rusiyalı sosial media fenomeni Tatyana Ozolinanın Türkiyədə həyatını itirdiyi qəza ilə bağlı məhkəmə tibb ekspertizanın hazırladığı sənəd ortaya çıxıb.

News24.az Medianews.az-a istinadla xəbər verir ki, sənəddə qəzada ölən fenomenin günahsız olduğu qeyd edilib.

Qəzada iştirak edən digər sürücü Onur Obutun günahkar olduğu açıqlanıb.

Polisdəki əməliyyatlardan sonra ədliyyəyə sövq edilən Onur Obut, məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.  Monitorinq edilən təhlükəsizlik kameraları və hadisə şahidlərinin ifadələri əsasında məhkəmə tibb müəssisəsi tərəfindən hesabat hazırlanıb. Görüntülərdə Ozolinanın motosikleti idarə edərkən qarşısına çıxan yük maşınına görə qəfil əyləci basdığı məlum olub. Ara məsafəsini saxlamayan Onur Obutun Ozolinanın motosikletini arxadan vurduğu, buna görə də Ozolinanın günahı olmadığı sübut edilib.

Qeyd edək ki, dəhşətli qəza iyulun 21-də saat 17.30 radələrində baş verib. Rusiya vətəndaşı olan və motosiklet həvəskarı sosial media fenomeni 38 yaşlı Tatyana Ozolina dünya turu çərçivəsində Türkiyədə idi.