Müdafiə naziri yeni təlim mərkəzinin AÇILIŞINDA - FOTO - VİDEO
    • 18-06-2019, 16:14
    • 962

Müdafiə naziri yeni təlim mərkəzinin AÇILIŞINDA - FOTO - VİDEO

İyunun 18-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yeni inşa olunan təlim mərkəzinin açılışında iştirak edib.

Mərkəz haqqında məruzə edilərək bildirilib ki, burada təlimlərə cəlb olunacaq  şəxsi heyətin yerləşdirilməsi və fəaliyyəti üçün lazımi infrastruktur yaradılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, real döyüş şəraitinə uyğun inşa edilən təlim mərkəzində atış çalışmaları, müxtəlif döyüş və xüsusi texnikanın mürəkkəb relyef və hava şəraitində idarə olunması üzrə praktiki vərdişlərin təkmilləşdirilməsi məqsədilə məşğələlərin keçirilməsi, döyüş tapşırıqlarının tədris və praktiki məşq etdirilməsi nəzərdə tutulub.

Müdafiə naziri poliqonun ərazisindəki hərbi infrastruktur obyektlərinə baş çəkib, müxtəlif bölmələr ilə keçirilən səhra məşğələlərini izləyib.

Sonda  general-polkovnik Z.Həsənov mətbuat nümayəndələri ilə görüşüb və onları maraqlandıran sualları cavablandırıb.