-
- 29-09-2024, 06:42
- 233
Alaudinov əsir götürülüb?
“Axmat” xüsusi təyinatlı qüvvələrinin komandiri, Rusiya Müdafiə Nazirliyinin Baş hərbi-siyasi idarəsinin rəis müavini, general-mayor Apti Alaudinovun əsir götürülməsi ilə bağlı xəbərlər yayılıb.
Publika.az-ın məlumatına görə, Alaudinov əsir götürülməsi ilə bağlı yayılan xəbərləri təkzib edib. O, bu barədə özünün "Telegram" kanalında videomüraciətində bildirib.
“Məlum oldu ki, məni bu gün internetdə əsir götürüblər, amma xəbərim yoxdur... Axşam saat 6-dır, Belqorod vilayətində maşınla gedirəm... Bu gün, sentyabrın 28-də”, - o qeyd edib.
Bundan əlavə, Alaudinov vurğulayıb ki, bütün xarici analitiklər "Axmat" bölmələrinin daim ön cəbhədə olduğunu göstərir.