Rəşad Sadıqovun qəfildən Şamaxıya getmə səbəbi məlum oldu
    • Bu gün, 16:52
    • 229

Rəşad Sadıqovun qəfildən Şamaxıya getmə səbəbi məlum oldu


Azərbaycan Premyer Liqasının VIII turunda "Şamaxı" doğma meydanda "Turan Tovuz"u qəbul edir. 

News24.az xəbər verir ki, matçı izləyənlər arasında "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov da var. R.Sadıqov qarşılaşmanı köməkçisi Eltun Yaqublu ilə bərabər izləyir.

Sadıqovun Şamaxıya gəlməsinin əsas səbəbi var. 

Gələn tur səfərdə "Turan Tovuz"un qonağı olacaq. Bu səbəbdən də "Zirə"nin baş məşqçisi rəqibin oyununu canlı izləyir. 

Qeyd edək ki, hazırda Şamaxıda eyni adlı komanda Tovuzun "Turan" klubunu qəbul edir.