“Mənim o məsələyə aidiyyatım yoxdur” - Müşfiq Abbasovdan ETİRAF
    • Bu gün, 17:29
    • 227

“Mənim o məsələyə aidiyyatım yoxdur” - Müşfiq Abbasovdan ETİRAF


Pandemiya dövrünə qədər Azərbaycanda "ŞHK"-nin (KVN) məktəb və universitetlər arasında liqaları keçirilirdi. Lakin 4 ildən çoxdur ki, belə bir liqaların baş tutduğunun şahidi olmuruq.

Son günlər "Şən və Hazırcavablar Klubunun yenidən bərpa edilməsi ilə bağlı söhbətlər gəzir, maraqlısı da budur ki, yeni lahiyə rəhbərinin əsrin çempionu, Bu Şəhərdə” layihəsinin rəhbəri Müşfiq Abbasovun olduğu deyilir. Bununla bağlı Abbasovla əlaqə saxladıq, o, məsələ ilə bağlı News24.az-a bunları dedi: 

“Açığı mənim məlumatım yoxdur, pandemiyaya belə bir layihələr barəsində ara-sıra eşidirdim ki, ayrı-ayrı insanlar, qurumlar bu yarışları keçirir. Ancaq indi gəzən bu söhbətdən heç bir xəbərim yoxdur. Elə bir məsələ varsa da, mənim ona heç bir aidiyyətim yoxdur",- deyə o bildirib.

Qeyd edək ki, Müşfiq Abbasov 2000-ci ildə “Bakılı oğlanların" heyətində əsrin çempionu olub.

Ağa