"Azərbaycanda yeganə adamam ki, mənim istirahət günlərim yoxdur" - Prezident
    • 23-12-2019, 23:55
    • 819

"Azərbaycanda yeganə adamam ki, mənim istirahət günlərim yoxdur" - Prezident

Dövlət başçısı İlham Əliyev gərgin iş rejimi barədə məlumat verib.
News24.az xəbər verir ki, Prezident İlham Əliyev  yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibəsində iş rejimi barədə söhbət açıb:
"Mənim iş qrafikim çox gərgindir. Demək olar ki, iş qrafikimdə fasilə yoxdur. Hətta bazar günündə ki, mən işə çıxmıram, yenə də mən daim əlaqədəyəm. Bəlkə də Azərbaycanda yeganə adamam ki, mənim istirahət günlərim yoxdur. Çünki hər gün mənim üçün iş günüdür. Çünki hər gün məsələləri həll etmək lazımdır".