Astronomlar Süd Yolunun ən ətraflı xəritəsini yaratdı
    • 29-09-2024, 18:21
    • 258

Astronomlar Süd Yolunun ən ətraflı xəritəsini yaratdı


Avropa Cənub Rəsədxanasının (ESO) astronomları Süd Yolunun indiyə qədər qeydə alınmış ən ətraflı və ən böyük infraqırmızı xəritəsini hazırlayıblar. 

News24.az Qaynarinfo-ya istinadla xəbər verir ki, onların araşdırmalarının nəticələri "Astronomy & Astrophysics" jurnalında dərc olunub.

Təqdim olunan məlumatlara görə, xəritə üçün məlumatlar 2010-cu ildən 2023-cü ilə qədər Çilinin Atakama səhrasındakı rəsədxanada Vista teleskopu tərəfindən toplanıb. 1,5 milyarddan çox obyekt təqdim edir. 

Eyni alimlər qrupunun 12 il əvvəl buraxdığı əvvəlki xəritədə 10 dəfə az obyekt var. İnfraqırmızı şüalanma qaz və kosmik tozun arxasındakı obyektləri görməyə imkan verib.

"Biz o qədər çox kəşflər etdik ki, qalaktika haqqında anlayışımız həmişəlik dəyişdi", deyə Çilidəki Andres Bello Universitetinin astrofiziki, layihə rəhbəri Dante Minniti bildirib.

O əlavə edib ki, xəritə Süd Yolunun uzaq və daxili bölgələrini daha dəqiq göstərməyə və qalaktikanın necə formalaşdığını və dəyişdiyini anlamağa kömək edəcək.