-
- 29-09-2024, 20:31
- 401
Savaş hazırlıqları başladı
Tehran rəsmiləri "Hizbullah" lideri Həsən Nəsrullahın öldürülməsindən və Beyrutdakı partlayışlardan sonra İsrailə cavab zərbələri endirəcək livanlı silahlılar olacağını irəli sürüblər.
News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə “The New York Times” qəzeti yazıb.
Nəşr vurğulayıb ki, İran "Hizbullah"ın gücünü bərpa etmək üçün Livana SEPAH-ın Qüds qanadının xüsusi təyinatlı komandirini göndərməyi planlaşdırır.
Adı açıqlanmayan iki SEPAH zabitinə istinadən qeyd olunub: “İranın birinci prioriteti "Hizbullah" lideri Həsən Nəsrullahın yerinə varisin təyin edilməsi, yeni komanda strukturunun qurulması və təhlükəsiz rabitə şəbəkəsinin bərpası ilə "Hizbullah"ı yenidən təşkilatlandırmaqdır. Yalnız bundan sonra təşkilatın İsrailə cavab zərbəsi endirməsi üçün hazırlıqlar başlayacaq”.