Makronu təhqir etdi
    • 29-09-2024, 21:23
    • 334

Makronu təhqir etdi


Braziliyalı Qarışıq Döyüş Növləri (UFC) döyüşçüsü Renato Moykano fransalı Benoit Sen-Denini məğlub etdikdən sonra Fransa Prezidenti Emmanuel Makrona müraciət edib.

News24.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə "Sport Express" məlumat yayıb.

"Makrona lənət olsun! Bütün bu qlobalist əclaflara lənət olsun. Onlar siyasi və korrupsiya proqramını irəli sürməyə çalışırlar", - döyüşdən sonrakı müsahibə zamanı o bildirib. vakansiya

Qeyd edək ki, döyüş sentyabrın 28-dən 29-na keçən gecə Parisdə "UFC Fight Night 243" turnirində baş tutub. Moykano ikinci raundda texniki nokautla qalib gəlib.