-
- 29-09-2024, 22:33
- 321
19 yaşlı gənci maşın vurdu
Goranboyda piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.
News24.az APA-ya istinadla bildirir ki, hadisə rayonun Borsunlu kəndində qeydə alınıb.
2005-ci il təvəllüdlü Razin Pənahov sərxoş halda yola çıxaraq özünü hərəkətdə olan maşına çırpıb.
Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.