İsrail darmadağın etdi: Nəsrullahla birgə kimlər ölüb? - Siyahı
    • Dünən, 22:53
    • 200

İsrail darmadağın etdi: Nəsrullahla birgə kimlər ölüb? - Siyahı


Cümə günü Beyruta endirilən zərbələr nəticəsində Hizbullahın müxtəlif rütbəli 20-dən çox üzvü öldürülüb.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Bildirilib ki, ölənlər hərəkat lideri Seyid Həsən Nəsrullahla eyni binada olub.

Qeyd olunub ki, öldürülən Hizbullah üzvlərinin siyahısına aşağıdakılar daxildir: cənub cəbhəsinin komandiri Əli Karaki, Nəsrullahın təhlükəsizlik xidmətinin rəhbəri İbrahim Hüseyn Cazini, Nəsrullahın yaxın dostu Samir Tofiq Dib, qüvvələrin yaradılması bölməsinin rəhbəri Abed əl-Əmir Məhəmməd Sablini, hərəkatın koordinatoru Əli Naaf Ayub və s.