ABŞ başına 7 milyon qoymuşdu, İsrail öldürdü - – VİDEO
Dünya
İsrail ordusu Livanın paytaxtı Beyruta raket zərbələri endirib.
News24.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verilib.
“İsrail müdafiə ordusu Beyruta yüksək dəqiqlikli raketlərlə zərbələr endirib”, – məlumatda qeyd olunub.
Məlumata görə, zərbələr nəticəsində Hizbullahın xüsusi əməliyyatlarına rəhbərlik edən İbrahim Aqil adlı lideri öldürülüb.
İsrail mətbuatının məlumatına görə, İbrahim Aqil Hizbullahın 3-cü şəxsi hesab olunurdu.
ABŞ hökuməti onun başına 7 milyon dollar mükafat təyin etmişdi.