-
- 30-09-2024, 09:28
- 503
Mədəkiçiltmə əməliyyatı olunan 31 yaşlı qadın öldü
Gəncədə mədəkiçiltmə əməliyyatı olunan şəxs vəfat edib.
News24.az “Qafqazinfo”ya istinadla bildirir ki, sentyabrın 21-i Gəncə şəhərindəki özəl klinikaların birində mədəkiçiltmə əməliyyatı etdirən və həmin klinikada müalicə alan Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü G.Bayramova dünən ölüb.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.
***
Əldə etdiyimiz məlumata görə, hadisə Gəncədə fəaliyyət göstərən "VMR Estetik" klinikasında baş verib.