Əfsanəvi müğənni və aktyor vəfat etdi
    • Bu gün, 10:34
    • 159

Əfsanəvi müğənni və aktyor vəfat etdi

Conni Keş və Martin Skorseze kimi adlarla çalışmış kantri musiqisinin əfsanəsi Kris Kristofferson dünyasını dəyişib.

News24.az xəbər verir ki, 88 yaşlı Kristoffersonun Havaydakı evində "hüzur içində" öldüyü açıqlanıb. 

Açıqlamada Kristoffersonun "sülhməramlı, inqilabçı, aktyor, super ulduz və ailə başçısı" olduğu vurğulanıb.

Kristoffersonun ailəsinin bəyanatında bu sətirlər yer alırdı: "Bu illər ərzində onu sevdiyiniz üçün təşəkkür edirəm... Nə vaxt göy qurşağını görsəniz, bilin ki, o, yuxarıdan hamımıza gülümsəyir".

Günel Məlikzadə