Ustad aktyor vəfat etdi - FOTO
    • 27-06-2024, 12:25
    • 520

Ustad aktyor vəfat etdi - FOTO

Karyerası boyu 200-dən çox filmdə iştirak edən Bill Kobbs dünyasını dəyişib. 90 yaşlı aktyorun ölümünü onun meneceri açıqlayıb. Kobbsun təbii səbəblərdən öldüyü də bildirilib.

News24.az xəbər verir ki, karyerası boyunca Coen Brothers və Martin Scorsese kimi rejissorlarla işləmiş Bill Kobbs, ikonik "Bodyguard" filmində Uitni Hyuston obrazının meneceri rolunu oynayıb.

Məşhur ad daha sonra "The Hudsucker Proxy", "Sunshine State" və "Air Bud" kimi filmlərdə çəkilib.

Ustad aktyor rol aldığı filmlərlə yanaşı, "Sopranos", "Qərb Qanadı", "Six Feet Under" və "Sesame Street" kimi prodakşnlarda da çəkilib.

Günel Məlikzadə