Bu saatlarda qəhvə İÇMƏYİN
    • 30-09-2024, 11:05
    • 408

Bu saatlarda qəhvə İÇMƏYİN

Dünyada ən çox istifadə edilən isti içkilərdən biri olan qəhvənin orqanizmə bir çox faydası var. Ancaq səhər oyandıqdan sonra qəhvə içmək bəzi sağlamlıq problemlərinə səbəb ola bilər.

News24.az xəbər verir ki, yuxu mütəxəssisi Reks İsap “Qəhvə içmədən oyana bilmirəm” deyənlərə xəbərdarlıq edib. 

Səhər oyanan kimi qəhvə içirsinizsə, iki dəfə düşünməyiniz lazım olduğunu söyləyən mütəxəssis, oyandıqdan sonra ilk saatda qəhvə içilməməsi lazım olduğunu söyləyir.

İsap beynimizin gün boyu adenozin adlı kimyəvi maddə istehsal etdiyini və bu kimyəvi maddənin artmasının yuxu ehtiyacının artmasına səbəb olduğunu, kofein istehlakının isə insanları oyaq saxladığını və adenozin reseptorlarını blokada etdiyini bildirib.

Ekspertin açıqlamalarına görə, yuxudan duran kimi mətbəxə gedib özünüzə kofe hazırlamaq düzgün deyil. Qəhvədən faydalanmaq üçün ideal vaxt oyandıqdan bir saat sonradır.

Günel Məlikzadə