Nə vaxt qəhvə içmək olmaz
    • 30-05-2024, 15:27
    • 342

Nə vaxt qəhvə içmək olmaz

Qəhvənin nə vaxt içilməsi ilə bağlı mübahisələr davam edir. Bəziləri səhər ilk növbədə qəhvə içməyin enerji verdiyini iddia edərkən, bəziləri bu vərdişin günortadan sonra enerjinin azalmasına səbəb olduğunu düşünür.

News24.az xəbər verir ki, Şimal-Qərb Universitetinin Feinberg Tibb Məktəbinin tədqiqatçısı Merilin Kornelis New York Times qəzetinə müsahibəsində “Hər kəs kofeinə fərqli reaksiya verir” deyir. Kornelis əlavə edib ki, kofein sizi daha uzun müddət oyaq saxlamaqda genetik rol oynayır.

Kofein, bədəndə təbii olaraq meydana gələn və yorğunluğu artıran kimyəvi maddə olan adenozinlə qarşılaşdıqda, yuxuya getməyi çətinləşdirə bilər.

Qeyd edək ki, Arizona Universitetinin yuxu və sağlamlıq tədqiqat proqramının direktoru Maykl Qranner Times-a deyib ki, kofeinin təsirini hiss etmək təxminən 20-30 dəqiqə çəkir.

Tədqiqatçı Grandner, ilk fincan qəhvəsini içməzdən əvvəl oyandıqdan sonra adətən 30-60 dəqiqə gözlədiyini söyləyib.

Get Laid Beds Böyük Britaniya mebel istehsalçısının yuxu mütəxəssisi Dr. Deborah Li həmçinin ilk fincanınızı oyandıqdan 45 dəqiqə sonra hazırlamağı tövsiyə edir.

Lakin ABŞ ordusunun neyrobioloqu Allison Brager Times-a bildirib ki, araşdırmalar müntəzəm kofein istehlakının səhər kortizol səviyyəsinə çox az təsir etdiyini göstərir.

Brager deyib ki, səhər qəhvəsi işçilərə və idman edənlərə diqqəti cəmləməyə kömək edə bilər, qəhvəni gecikdirmək isə kofeinin təsirini günortaya qədər uzada bilər.

Onu da bildirək ki, rahat yuxu üçün Grandner və Lee yatmazdan ən azı altı saat əvvəl qəhvə içməyi dayandırmağı tövsiyə edir.

Günel Məlikzadə