Daha bir sponsor "Kəpəz"ə yox dedi
    • Bu gün, 11:10
    • 57

Daha bir sponsor "Kəpəz"ə yox dedi

Ölkənin tanınmış banklarından biri Gəncənin "Kəpəz" klubuna sponsorluq etmək istəmədi. 

News24.az xəbər verir ki, bir neçə ildir çətin dönəmini yaşayan "Kəpəz" maliyyə sarıdan əziyyət çəkir. 

FİF başda olmaqla (Futbolun İnkişaf Fondu) futbol ictimaiyyətində əlaqəli şəxslər kluba sponsorun tapılmasında yardımçı olmağa çalışır. 

Ötən həftə öz sektorunda tanınan bankların birinə futbol ictimaiyyətinin nüfuzlu şəxslərindən biri sponsorluq təklifi edib. Həmin bankın rəhbərliyi qısa zaman kəsiyində düşünərək yox cavabını verib.

Qeyd edək ki, "Kəpəz" hazırda Azərbaycanda Premyer Liqasının turnir cədvəlində xal hesabını açmadan sonuncu yerdə qərarlaşıb.