Bu hava limanında bütün uçuşlar ləğv edildi- SƏBƏB
    • Bu gün, 11:22
    • 98

Bu hava limanında bütün uçuşlar ləğv edildi- SƏBƏB

Belçikanın Brüssel Hava Limanında işçilərin tətili səbəbindən sabah həyata keçirilməsi planlaşdırılan bütün uçuşlar ləğv edilib.

News24.az xəbər verir ki, bu barədə Brüssel Hava Limanı rəsmiləri məlumat yayıb.

“Sərnişinlərin və işçilərin təhlükəsizliyini təmin etmək üçün aviaşirkətlər Brüssel Hava Limanı ilə məsləhətləşərək oktyabrın 1-də heç bir xarici reys həyata keçirməmək qərarına gəliblər”, - məlumatda deyilir. 

Açıqlamada hava yolu şirkətlərinin zərər çəkmiş sərnişinlərlə əlaqə saxlayacağı, gediş-gəliş reysləri olan sərnişinlərdən oktyabrın 1-də hava limanına gəlməmələri istənilib.

Brüsselə uçuşların edilə biləcəyi, lakin ləğvlərin də ola biləcəyi vurğulanıb. Brüssel Hava Limanına uçuşu olan bütün sərnişinlərə uçuşların vəziyyətini yoxlamaları tövsiyə edilib.

Qeyd edək ki, Brüssel hava limanındakı tətil səbəbiylə təxminən 50 min sərnişinin təsirlənəcəyi gözlənilir.

Günel Məlikzadə