Deputatdan maraqlı addım – Köməkçi vəzifəsi üçün müsabiqə elan etdi
    • 30-09-2024, 13:56
    • 288

Deputatdan maraqlı addım – Köməkçi vəzifəsi üçün müsabiqə elan etdi

77 saylı Lənkəran şəhər dairəsindən Milli Məclisə deputat seçilmiş Fariz İsmayılzadə köməkçi vəzifəsində çalışmaq üçün gənclərə müraciət edib. 

News24.az Sfera.az-a istinadla bildirir ki, bununla bağlı deputat paylaşım edib.

Millət vəkili  Lənkəran şəhər seçki dairəsi üzrə deputat köməkçisi vəzifəsində çalışmaq istəyən gənclərə öz CV-lərini [email protected] e-mail ünvanına göndərməyi xahiş edib.

Deputat köməkçisi vəzifəsi üzrə əsas tələblər bunlardır:

– Lənkəran şəhərində qeydiyyat və faktiki yaşayış

– İctimai, siyasi və inzibati idarəetmə və yaxud beynəlxalq münasibətlər ixtisasları üzrə magistr dərəcəsi

– Azərbaycan dili (sərbəst), Rus və İngilis dili biliyi (yaxşı)

– 2 il iş tərcübəsi

Əsas öhdəliklər:

Namizəd millət vəkilinin gündəliyini idarə etmək və gündəlik işlərin düzgün aparılmasını təmin etməli, deputatın seçicilər və maraqlı tərəflərlə qarşılıqlı əlaqədə olması üçün ictimai görüşlər və tədbirlər təşkil etmək, deputat tərəfindən verilən bu və digər inzibati tapşırıqları icra etmək imkanı olmalıdır.

Qeyd edək ki, deputat Fariz ismayılzadə ADA-nın prorektorudur. 1 sentyabrda keçirilmiş növbədənkənar parlament seçkilərində Lənkəran şəhəri üzrə deputat seçilib.

Deputatlar adətən öz köməkçilərini təyin etmək üçün xüsusi elan vermirlər. F.İsmayılzadənni bu addımı diqqətçkəndir.