Sürücünü arı sancdı, yük maşını aşdı
    • Bu gün, 14:53
    • 97

Sürücünü arı sancdı, yük maşını aşdı

Samsunda hərəkət edən yük maşınının sürücüsünü arı sancıb. 

News24.az xəbər verir ki, sürücü Serdar Sağrı arıya müdaxilə edərkən, yük maşını idarəetmədən çıxaraq aşıb və təxminən 50 metr sürüklənib.

Qəza səbəbiylə Ordu-Samsun avtomobil yolu nəqliyyata bağlanıb.

Yaralı sürücü sağlamlıq qrupları tərəfindən xəstəxanaya aparılıb.

Qeyd edək ki, yaralının səhhətinin yaxşı olduğu öyrənilib.

Günel Məlikzadə