Sevda Yahyayeva “Sevənlərin ulduzları”na yeni nəfəs verdi - VİDEO
    • Bu gün, 15:47
    • 121

Sevda Yahyayeva “Sevənlərin ulduzları”na yeni nəfəs verdi - VİDEO

Tanınmış müğənni Sevda Yahyayeva illər öncə ifa etdiyi “Sevənlərin ulduzları” mahnısına yeni nəfəs verib. Estrada ulduzu rejissor Toğrul Rzayevin obyektivi önünə keçərək klip də çəkdirib. 

İfaçı 2012-ci ildə təqdim etdiyi mahnını 12 il sonra yeni aranjimanda səsləndirib.

Söz və musiqisi Ceyhun Qalaya, aranjimanı Camal Qurbanova, miks və masterinq Toufan Records məxsus yeni mahnı artıq S.Yahyayevanın youtube kanalında yayımlanır.