Gənc polisin şübhəli ölümü
    • 30-09-2024, 21:23
    • 847

Gənc polisin şübhəli ölümü

Antalyada polis məmurunun cansız meyiti evində tapılıb.

News24.az NTV-yə istinadən xəbər verir ki, Serik Rayon Polis Şöbəsinin polis əməkdaşı Özkan Çakmak (31) səhər işə getməyəndə iş yoldaşları onunla telefonla əlaqə saxlamağa çalışıb.

Telefonuna cavab verməyən Çakmakın vəziyyətini yoxlamaq üçün evinə gedən həmkarları onu çarpayısında hərəkətsiz vəziyyətdə görüblər və vəziyyəti həkim qruplarına bildiriblər.

Evə gələn həkim briqadası Çakmakın öldüyünü müəyyən edib.

Müayinədən sonra Çakmakın cəsədi yarılma üçün Antalya Ədliyyə Tibb Təşkilatına göndərilib.

Qeyd edək ki, polis əməkdaşının dəqiq ölüm səbəbi ekspertizadan sonra məlum olacaq.

Günel Məlikzadə