Turistin otel otağında şübhəli ölümü
    • 17-09-2024, 11:46
    • 278

Turistin otel otağında şübhəli ölümü

Antalyanın Manavqat səmtindəki 5 ulduzlu oteldə olan Hollandiya əsilli İohan Franz (63) səhər saatlarında otağa daxil olan işçi tərəfindən yatağında hərəkətsiz vəziyyətdə tapılıb.

News24.az NTV-yə istinadən xəbər verir ki, hadisə yerinə çağırılan həkim briqadasının müayinəsindən sonra hollandiyalı turistin öldüyü müəyyən edilib.

Ürək dərmanı istifadə etdiyi öyrənilən Hollandiya əsilli İohan Franzın cəsədi aparılan araşdırmalardan sonra Antalya Ədliyyə Tibb Təşkilatına göndərilib.

Günel Məlikzadə