Voleybolçu qadının şübhəli ölümü
    • Dünən, 22:40
    • 151

Voleybolçu qadının şübhəli ölümü

Dünən Türkiyədə voleybolçu Pilar Marie Victoria Lopezin (28) axşam evində ölü tapılıb.

Sultanlar Liqasında mübarizə aparan Nilüfer Belediyespor Qadın Voleybol Komandası 3 həftə əvvəl Puerto Rikolu Pilar Marie Victoria Lopezi spiker olaraq transfer edib. Bursada sağlamlıq müayinəsindən keçən Lopezdə heç bir xəstəlik aşkarlanmayıb. Lopezin gəlişi ilə klub komandanın 3 əcnəbi voleybolçusuna Beşevler rayonundakı yaşayış binasında 3 ayrı mənzil kirayə verib.

Lopez dünənki məşqdə iştirak etməyib. Lopezlə telefonla əlaqə saxlamaq mümkün olmayanda klub rəsmiləri onun evinə gediblər. Evə daxil olan məmurlar, Lopezi yataq otağında hərəkətsiz vəziyyətdə tapıblar. Xəbər verildikdən sonra evə polis və sağlamlıq qrupları sövq edilib. Həkim qruplarının müayinəsindən sonra Pilar Marie Victoria Lopezin öldüyü müəyyən edilib. 

Qeyd edək ki, polislərin onun evində apardıqları araşdırmada şübhəli bir şey tapmadığı öyrənilib. Ürək tutmasından öldüyü ehtimal edilən Lopezin dəqiq ölüm səbəbi aparılan müayinə nəticəsində müəyyənləşəcək.


Günel Məlikzadə