-
- 30-09-2024, 17:47
- 288
Tük köklərini qurudan üsullar
Arzuolunmaz tük daha çox qadınların qarşılaşdığı problem olaraq bilinir.
News24.az xəbər verir ki, istenmeyen tük problemi ilə vidalaşmağa kömək edən təbii üsullar bunlardır:
Manqal külü: Manqal külünü atmaq əvəzinə, onlardan istənməyən tüklərdən xilas olmaq üçün istifadə edə bilərsiniz. Bu üsul tük foliküllərini zəiflətməklə arzuolunmaz tüklərin yaranmasının qarşısını alır.
Arzuolunmaz tüklər olan nahiyəyə 1 həftə nizamlı olaraq manqal külü sürtüb 15-20 dəqiqə dərinizdə saxlamaqla arzuolunmaz tüklərin azalmasının şahidi ola bilərsiniz.
Soda və qəhvə: Dəridə bərpaedici təsirə malik olan aşındırıcı soda ilə türk qəhvəsinin birləşməsi arzuolunmaz tüklərdən qurtulmağa kömək edir. Təbii məcun əldə etmək üçün türk qəhvəsi təlvəsini və sodanı bir az su ilə qarışdırın. Əldə etdiyiniz təbii məcunu arzuolunmaz tüklərin olduğu bölgəyə çəkin və qurumasını gözləyin.
Quruduqdan sonra ilıq su ilə yaxalamaqla məcunu dərinizdən çıxara bilərsiniz. Həftədə 2-3 dəfə bu üsulu tətbiq etdikdə qısa müddətdə arzuolunmaz tüklərdən asanlıqla qurtula bilərsiniz.
Duz və limon: Dəridə hüceyrə yenilənməsini təmin edən kobud duzu limonla birləşdirərək arzuolunmaz tüklərdən qurtulmağa kömək edir. Saç köklərini yumşaldan və zəiflədən bu üsul yaranan dəri ləkələrini də aradan qaldırır.
Bu təbii üsulu tətbiq etmək üçün 1 limonun suyu və 1 çay qaşığı duzu sprey şüşəsində qarışdırın. Əldə etdiyiniz təbii qarışığı tük köklərinə püskürdün və 15 dəqiqə gözləyin. Sonra dərinizi ilıq su ilə təmizləyə bilərsiniz. Bu təbii üsulu həftədə bir dəfə tətbiq etdiyiniz zaman arzuolunmaz tüklərin azaldığını görəcəksiniz.
Məryəm İlhamqızı